eLEAGUEPRO CLUB

FIRST TOUCH KUBOKURəsmi Turnir

First Touch Kuboku — eLeague Pro Club layihəsinin açılışı münasibətilə təşkil olunan xüsusi EA FC Pro Club turniridir. Ödənişsiz keçirilən bu kubok oyunçulara öz bacarıqlarını nümayiş etdirmək, güclü komandalarla rəqabət aparmaq və eSports mühitində yeni təcrübələr qazanmaq imkanı yaradır. Turnirdə iştirak edən komandalar taktiki oyun, dəqiq ötürmələr, sürətli qərarlar və komanda əməkdaşlığı ilə qalibiyyət uğrunda mübarizə aparacaqlar. First Touch Kuboku EA FC Pro Club icmasının inkişafına töhfə vermək, yeni rəqabət atmosferi yaratmaq və istedadlı oyunçuları bir araya gətirmək məqsədi daşıyır. Turnirin qalibləri xüsusi pul mükafatları ilə təltif olunacaq. Bu kubok eLeague Pro Club yolunun ilk addımı olaraq bütün iştirakçılar üçün maraqlı və unudulmaz yarış təcrübəsi təqdim edir. Uğurlar iştirakçılara arzu olunur!

TURNİRİN UDUŞLARI

  • BÖYÜK UDUŞ150 €BİRİNCİ YER
  • ORTA UDUŞ100 €İKİNCİ YER
  • KİÇİK UDUŞ50 €ÜÇÜNCÜ YER

TURNİRİN QAYDALARI

  • TURNİRİN BAŞLANMA TARİXİ

    05 SENTYABR 2026, SAAT 22:00

  • OYUNÇU BOYLARI

    3 və ya 5 müdafiəçili sxemdə mərkəz müdafiəçiləri (sağ/sol/mərkəz) maksimum 187 sm, digərləri maksimum 182 sm 4 müdafiəçili sxemdə iki mərkəz müdafiəçisi + bir dayaq yarımmüdafiəçisi maksimum 187 sm, digərləri 182 sm. Dayaq yarımmüdafiəçisi yoxdursa qayda sxemə görə mərkəz yarımmüdafiəçisinə tətbiq edilir Qapıçının boyuna məhdudiyyət yoxdur.

  • VİDEO YAYIM ŞƏRTİ

    Bütün oyunlar komandaların rəsmi Twitch kanallarında mütləq canlı yayımlanmalıdır və yayımlar ən azı 7 gün ərzində kanaldan silinməməlidir.

  • START HEYƏTDƏKİ OYUNÇU SAYI

    Minimum 8 oyunçu

  • SAYTDA QEYDİYYAT ŞƏRTİ

    Oynayacaq bütün oyunçular saytda qeydiyyatdan keçməli və saytda öz komandasının heyətinə qoşulmalıdır.

BÜTÜN REQLAMENTİ DETALLI OXU

TURNİR İŞTİRAKÇILARI